Mətnin strukturluğu

kommunikativlilik kateqoriyasının özünü xüsusi şəkildə, ayrıca əks etdirməsidir. Mətnin strukturluğunun səbəbi - kommunikativ fəaliyyətin strukturluğundadır. Mətnin strukturu - bu, ondakı komponentlər arasındakı bütöv kommunikativ - şərti münasibətləridir. Mətnin strukturluğu çoxaspektlidir, çünki mətndə semantik, qrammatik struktur, üslubi vasitələrin strukturu, kompozisiya strukturu, məntiq strukturu vardır. Mətnin ümumi strukturuna mətn sistemaltıları və elementar deyim strukturları da təsir edir.
Mətnin semantik formalaşdırılması
Mətnin tərcümə olunması
OBASTAN VİKİ
Mətnin sonu
Mətnin sonu – verilənlərin ötürülməsində mətn faylının sonunu göstərmək üçün istifadə olunan simvol. Mətnin sonunun göndərmə sonluğu simvolu (END-OF-TRANSMISSION, EOT) ilə üst-üstə düşməsi vacib deyil, çünki göndərilən mətnə (mətnin önünə və ya sonuna) çoxlu sayda xətalara nəzarət kodları və verilişin idarəedilməsi simvolları artırıla bilər. ASCII kodunda ETX simvolu onluq 3 (onaltılıq 03h) qiyməti ilə göstərilib.